Gürcüstanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb
https://azeri.sahartv.ir/news/qafqaz-i370373-gürcüstanda_parlament_seçkilərinin_yekun_nəticələri_açıqlanıb
Gürcüstan Mərkəzi Seçki Komissiyası (CESKO) oktyabrın 31-də keçirilən 10-cu çağırış parlament seçkilərinin nəticələrini təsdiqləyib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Dek 03, 2020 17:21 Asia/Baku
  • Gürcüstanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb

Gürcüstan Mərkəzi Seçki Komissiyası (CESKO) oktyabrın 31-də keçirilən 10-cu çağırış parlament seçkilərinin nəticələrini təsdiqləyib.

SəhərAzəri xəbər verir ki, MSK-nın son qərarına əsasən, hakim Gürcü Arzusu-Demokratik Gürcüstan partiyası seçkilərdə 48,22 faiz səs toplayıb.

Bununla da hakim partiya X çağırış Gürcüstan parlamentində proporsional sistem üzrə 60, majoritar sistem üzrə isə 30 olmaqla ümumilikdə 90 deputat mandatı əldə edib.

Bu seçkilərdə mübarizə aparan 8 siyasi müxalifət partiyası isə ümumilikdə parlamentdə 60 yer qazanıb.

Onların da sırasında ən çox yeri Vahid Milli Hərəkat-Güc Birlikdədir bloku qazanıb - 36 mandat.

Qeyd edək ki, Gürcüstan parlamentində 150 deputat təmsil olunur.