Dek 08, 2020 12:37 Asia/Baku
  • Qarabağ müharibəsində Ermənistan ordusu 4,8 milyard dollarlıq xəsarət alıb

Azərbaycan Respublikası bildirib ki, son Qarabağ müharibəsində Ermənistan ordusunun təchizatlarına 4,8 milyard dollarlıq xəsarət dəyibdir.

SəhərAzəri xəbər verir, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Araşdırmalar İnstitutu bir məlumatda bildiribdir ki, Ermənistan Qarabağ münaqişəsi ilə bağlı son savaşda 4,8 milyard dollar dəyərində silah itiribdir.

Belə bir halda, Ermənistanın Vatikandakı sabiq səfiri və bu ölkənin sabiq prezidenti Serj Sarkisyanın yeznəsi Mikael Minasyan da bildiribdir ki, bu müharibədə dörd min 750 erməni əsgər və zabit öldürülüb.

Ermənistanın yüksək rütbəli hərbi rəsmilərinin bildirdiklərinə görə, bu ölkə ordusu əməliyyatın dördüncü günündə dağılmağa başlayıb və onlar bu barədə Ermənistanın baş naziri Nikol Paşinyana məlumat veriblər.

Azərbaycan Respublikası ilə Ermənistan arasında sentyabrın 27-də başlanan yeni hərbi döyüşlər ötən ay Rusiyanın vasitəçiliyi, həmçinin Rusiya və Azərbaycan Respublikası prezidentləri ilə Ermənistanın baş naziri arasında sülh razılaşmasının imzalanması ilə başa çatdı.

Bu razılaşmaya əsasən, Ermənistan Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən çıxmaq barədə üzərinə öhdəlik götürdü.

Teqlər