Dek 09, 2020 14:12 Asia/Baku
  • Gürcüstanda təkrar parlament seçkiləri keçirilməyəcək

Gürcü Arzusu Partiyası yenidən parlament seçkisi keçirmək niyyətində deyil.

SəhərAzəri Axa-a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Arçil Talakvadze deyib.

O, Gürcüstan vətəndaşlarının artıq öz seçimlərini etdiyini bildirib.

Qeyd edək ki, dünən Gürcüstan müxalifəti ilə iqtidarı arasında danışıqların artıq dördüncü raundu baş tutub. Görüş ABŞ səfirinin iqamətgahında keçirilib.

Teqlər