Gürcüstan iqtisadiyyatına xarici investisiya qoyuluşları azalıb
Dek 09, 2020 14:31 Asia/Baku
Cari ilin üçüncü rübündə Gürcüstan iqtisadiyyatına 302,6 milyon ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılıb. Bu da, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz azdır.
SəhərAzəri xəbər verir, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında deyilib.
Bildirilir ki, cari ilin iyul-sentyabr aylarında Gürcüstana ən çox sərmayə yatıran ilk üç ölkə Böyük Britaniya (117,7 milyon dollar), Niderland (79,3 milyon dollar) və ABŞ (24,2 milyon dollar) olub.
Hesabat dövründə investisiyaların böyük hissəsi maliyyə, energetika və istehsal sahələrinə yönəldilib.