Kadırov yeni sanksiyaları utancverici adlandırdı
Ramzan Kadırov deyib: "Bu sanksiyalar Çeçenistan Respublikası və onun inkişafına heç bir təsir etmir".
SəhərAzəri xəbər verir, Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-ın “Axmat” futbol klubu və Əhməd Kadırov Fonduna qarşı sanksiya tətbiq etməsilə bağlı deyib: "ABŞ-ın bu tədbirlərinə nə təəccüblənirəm, nə də qorxuram".
Kadırov qeyd edib: "Bu sanksiyalar Çeçenistan Respublikası və onun inkişafına heç bir təsir etmir. Biz regionu beynəlxalq terrorçuların etdiklərindən təmizlədik, futbol oynayacağıq, ehtiyacı olanlara yardım edəcəyik, həyata sevinəcəyik".
Onun sözlərinə görə, ABŞ və Britaniyanın sanksiya siyahısı üst-üstə düşmür: "Hər iki tərəf siyahını öz aralarında razılaşdırırlar. Görünür, kağıza qənaət edirlər. Fikirləşirəm ki, mən də Ginnesin Rekordlar Kitabına ərizə verim. Ərizə bir respublikanın ən çox sanksiyaya məruz qalan insanları və təşkilatları ilə bağlı olacaq".
Kadırov yeni sanksiyaları utancverici adlandıraraq, deyib: "Bu, həqiqətən də bu dövlətin tarixində qara səhifədir".
Qeyd edək ki, dünən Böyük Britaniya da Çeçenistan Respublikasından olan 3 nəfərə qarşı sanksiya tətbiq edib.