Gürcüstan hökuməti istefa verib
Gürcüstan hökumətinin mətbuat xidməti, nazirlər kabinetinin qanunvericiliyin tələbinə uyğun olaraq, yeni parlamentin iclası səbəbindən istefa verdiyini açıqlayıb.
SəhərAzəri xəbər verir, Gürcüstan hökumətinin mətbuat xidmətinin bildirdiyinə görə, Gürcüstanın konstitusiyasına əsasən, bu ölkə parlamentinin yeni nazirlər Kabinetini təsdiqləmək üçün iki həftə vaxtı var və bunu etmədiyi təqdirdə, prezident parlamenti buraxacaq və növbədənkənar parlament seçkiləri elan edəcək.
Məlumata əsasən, bundan sonra Gürcüstanın istefa vermiş hökuməti fəaliyyətlərini müvəqqəti şəkildə davam etdirəcək.
İlkin məlumata əsasən, Gürcüstanın hakim "Gürcü Arzusu" partiyası baş nazir vəzifəsinə Giorgi Qaxarianı irəli sürmək niyyətindədir. Qaxaria 2019-cu ilin sentyabr ayından hökumətə rəhbərlik edib.
Gürcüstanın parlament seçkiləri iki mərhələdə və 31 oktyabr və 21 noyabr tarixlərində keçirilib və hakin "Gürcü Arzusu" partiyası parlamentdəki 150 yerdən 90-ı qazanaraq, seçkilərin qalibi olub.