Ermənistanın keçmiş naziri həbs edildi
https://azeri.sahartv.ir/news/qafqaz-i370702-ermənistanın_keçmiş_naziri_həbs_edildi
Ermənistanın keçmiş təbiəti qoruma naziri Vardan Ayvazyan İrəvanda həbs olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 12, 2020 17:22 Asia/Baku
  •  Ermənistanın keçmiş naziri həbs edildi

Ermənistanın keçmiş təbiəti qoruma naziri Vardan Ayvazyan İrəvanda həbs olunub.

SəhərAzəri  Ermənistan xəbər agentliklərinə istinadən xəbər verir, Ermənistanın keçmiş təbiəti qoruma naziri Vardan Ayvazyan İrəvanda həbs olunub.
Məlumatda vurğulanır ki, bu gün Ermənistanın təhlükəsizlik xidmətinin əməkdaşları Ayvazyanın mənzilində axtarış aparıblar.
Onu noyabrın 9-dan 10-na keçən gecə İrəvanda baş verən etiraz aksiyalarının təşkilində suçlayırlar.
Həmin gün Azərbaycan - Rusiya - Ermənistan arasında baş verən üçlü sazişə etiraz olaraq bir dəstə erməni etirazçı parlamenti və Paşinyanın ofisini ələ keçirmiş və oraları dağıtmışdılar.
Hazırda həmin etiraz aksiyalarının istintaqı aparılır, iştirakçılar və təşkilatçılar müəyyənləşdirilərək, həbs olunur.