Paşinyana qarşı etirazlar davam edir
Ermənistanda daxili böhranın davamında minlərlə etirazçı bu ölkənin paytaxtı İrəvanın küçələrinə toplaşaraq, baş nazir Nikol Paşinyanın istefa verməsini tələb edib.
SəhərAzəri xəbər verir, Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhdarlarının İrəvandakı küçə etirazları davam edir. Müxaliflər onun vəzifəsindən kənarlaşdırılmasını tələb edirlər.
Bu etirazlara rəhbərlik edən on yeddi müxalif partiyaya şamil olan Ermənistan Qurtuluş Hərəkatı növbədənkənar parlament seçkilərinin keçirilməsi və gələcək baş nazirin təyin edilməsi ilə müxalifdir.
Hökumətin və himayədarlarının dediklərinə görə, bu tələb əsas qanuna ziddir.
Azərbaycan Respublikası ilə Ermənistan arasında 44 günlük Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan İrəvan saysız-hesabsız siyasi-ictimai problemlə üzləşib. Müxaliflər Ermənistanın hökuməti və baş nazirinin bu problemlərin yaranmasında məsuliyyət daşıdıqlarını bildirirlər.
Paşinyan hökuməti əleyhdarlarının aksiyalarının keçirildiyi bir halda, Ermənistandakı qrup və təbəqələrin bir çoxu bu qənaətdədir ki, əgər ölkədə siyasi dəyişikliklər baş verməlidirsə, bu dəyişikliklər əsas qanun çərçivəsndə olmalıdır və küçə etirazları yalnız ölkənin siyasi vəziyyətini daha da mürəkkəbləşdirəcəkdir.