Ermənistanda koronavirusdan ölənlərin sayı 2 600-ə çatır
Dek 17, 2020 15:04 Asia/Baku
Ermənistanda daha 1 174 nəfərdə koronavirus aşkarlanıb.
SəhərAzəri xəbər verir, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 151 392 olub.
Qeyd olunub ki, bu ölkədə pandemiyadan ölənlərin sayı 25 nəfər artaraq 2 581-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 642-yə yüksəlib. İndiyədək 129 990 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 18 179 aktiv koronavirus xəstəsi var.