Dek 18, 2020 19:34 Asia/Baku
  • Rusiya-Azərbaycan sərhədi gələn il martın 1-nə kimi bağlanır

Rusiya Federasiyası (Dağıstan Respublikası) ilə Azərbaycan Respublikası arasında quru dövlət sərhədi vətəndaşların keçidi üçün 2021-ci ilin mart ayının 1-dək bağlı olacaq

SəhərAzəri xəbər verir, "Rusiya və Azərbaycanda koronavirusa yoluxanların sayının kəskin artması və Azərbaycanda sərt karantin tədbirlərinin tətbiqi ilə əlaqədar Rusiya Federasiyası (Dağıstan Respublikası) ilə Azərbaycan Respublikası arasında quru dövlət sərhədi vətəndaşların keçidi üçün 2021-ci ilin mart ayının 1-dək bağlı olacaq"

Bu barədə mediaya Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

"Qış fəslini, əlverişsiz hava şəraitini, infrastrukturun və məişət şəraitinin olmamasını nəzərə alaraq, həmçinin ciddi problemlərlə üzləşməmək üçün səfirlik Azərbaycan Respublikası vətəndaşlarından sərhədi keçmək məqsədi ilə Dağıstana getməkdən çəkinməyi təkidlə xahiş edir", - məlumatda deyilir.

Teqlər