42 mindən artıq erməni Qarabağa qaytarıldı - Rusiya açıqladı
Dek 20, 2020 14:14 Asia/Baku
Dağlıq Qarabağa 42 mindən artıq erməni qaçqın geri qaytarılıb.
SəhərAzəri xəbər verir, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, müharibə zamanı Ermənistana qaçan daha 306 erməni son sutkada Azərbaycan Respublikasının Qarabağ bölgəsinə gətirilib. Ermənilər Rusiya sülhməramlılarının müşayiəti ilə İrəvandan avtobuslarla Xankəndiyə gəliblər.
Rusiya sülmaramlılarının fəaliyyəti Azərbaycanda dərin narahatlığa səbəb olub, onlar öz səlahiyyətlərini aşmaqda ittiham olunurlar.
Bəzi ekspertlər isə xəbərdarlıq edirlər ki, Rusiya sözdə Qarabağı Azərbaycan Respublikasının torpağı kimi tanısa da, bu bölgənin Azərbaycana qaytarılmasını süründürməyə çalışır.