Dek 23, 2020 16:13 Asia/Baku
  • Paşinyanın kənarlaşdırılması üzrə təzyiqlər davam edir

Ermənistanda Nikol Paşinyanın kənarlaşdırılması üzrə təzyiqlər davam edir.

SəhərAzəri xəbər verir, Ermənistan hökuməti müxaliflərindən yüzlərlə nəfər İrəvanda bu ölkənin hökumət binası önündə çadır qurub və kənara çəkilməsi üçün baş nazirə qarşı təzyiqləri artırıbdır.

Ermənistanın baş naziri Nikol Paşinyanın müxalifləri Rusiyanın vasitəçiliyi və Dağlıq Qarabağda yerdə qalan bölgələrin Azərbaycan Respublikasına qaytarılması ilə başa çatan Qarabağdakı altıhəftəlik qanlı döyüşlərə qeyri-düzgün yanaşması cəhətdən onun vəzifəsindən kənara çəkilməsini tələb edirlər.

Ermənistanın hökuməti və baş naziri ilə müxalif olan qruplar dünən də iki əsas prospekti bağlayaraq, təhdid etdilər ki, ümumölkə tətili keçirəcəklər.

Ermənistan baş nazirinin qərarına qarşı çıxan ermənilərin etirazları elə bir halda baş verir ki, bu həftənin əvvəllərində Nikol Paşinyanın rəhbərliyi altında minlərlə nəfər altıhəftəlik Qarabağ savaşında öldürülmüş erməni əsgərlərin xatirələrini yad etmək məqsədilə Yerablur hərbi qəbiristanlığına tərəf yürüş keçirdi.

Ermənistan baş naziri himayədarlarının qəbiristanı doldurmalarına rəğmən, yayılmış təsvirlər göstərdi ki, Paşinyanı tənqid edənlər «Nikol bir xaindir!» şüarı verirmişlər.

2018-ci ilin mayında Ermənistanın baş naziri olan Paşinyan vəzifəsindən kənara çəkilməkdən imtina edir. O, növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyir.

Teqlər