Dek 25, 2020 08:25 Asia/Baku
  • Gürcüstanda yeni nazirliyin yaradılmasına qərar verilib

Qaxariya bildirib ki, Gürcüstanın Mədəniyyət və İdman Nazirliyi Təhsil və Elm Nazirliyindən ayrılacaq.

SəhərAzəri xəbər veriri, Gürcüstanın baş naziri vəzifəsinə namizəd Giorgi Qaxariya parlamentdə çıxışı zamanı bildirib: "Gürcüstanın Mədəniyyət və İdman Nazirliyi Təhsil və Elm Nazirliyindən ayrılacaq". Onun sözlərinə görə, bu, prosedual qaydada fevral ayına qədər baş verəcək. 

Giorgi Qaxariyanın başçılıq edəcəyi nazirlər kabinetində bir yeni nazir da yer alıb. O, ədliyyə naziri Qoça Lortkipanidzedir. Nazir bu ilin dekabrın 19-da Beynəlxalq Ədalət Məhkəməsinə hakim seçildiyindən bir neçə aydan sonra vəzifəsini tərk edəcək.

Qeyd edək ki, dünən Gürcüstan parlamenti yeni hökuməti bu tərkibdə təsdiqlənib:
Təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Çxenkeli
Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili
İqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava
Müdafiə naziri İrakli Qaribaşvili
Məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterina Tikaradze
Ədliyyə naziri Qoça Lortkipanidze
Regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili
Xarici işlər naziri David Zalkaliani
Maliyyə naziri İvane Maçavariani
Daxili işlər naziri Vaxtanq Qomelauri
Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani

Teqlər