Rusiya FHN: İndiyədək Qarabağda 10 mindən çox sursat aşkar olunub
https://azeri.sahartv.ir/news/qafqaz-i371289-rusiya_fhn_İndiyədək_qarabağda_10_mindən_çox_sursat_aşkar_olunub
Rusiya Fövqəladə Hallar Nazirliyinin minaaxtaranları Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi işində 10 mindən çox döyüş sursatı aşkarlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 27, 2020 16:44 Asia/Baku
  • Rusiya FHN: İndiyədək Qarabağda 10 mindən çox sursat aşkar olunub

Rusiya Fövqəladə Hallar Nazirliyinin minaaxtaranları Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi işində 10 mindən çox döyüş sursatı aşkarlayıb.

SəhərAzəri Apa-ya istinadən xəbər verir ki, bu barədə TASS-a Rusiya FHN-in mətbuat xidmətindən bildirilib.

“Rusiya Fövqəladə Hallar Nazirliyinin “Lider” dəstəsinin mütəxəssisləri Dağlıq Qarabağda pirotexnika axtarışları işlərini davam etdirirlər. Bu günə qədər təxminən 53 hektar ərazidə axtarış aparılıb və 10 mindən çox partlayıcı qurğu aşkar olunub”, - məlumatda belə deyilir.

Əsas işlər Əsgəran rayonunda və ətraf bölgələrdə aparılır.