Yan 03, 2021 10:06 Asia/Baku
  • 44 günlük Dağlıq Qarabağ müharibəsində 3330 erməni öldürülüb

Ermənistan Səhiyyə Nazirliyi bu ölkənin Qarabağ bölgəsində Azərbaycan Respublikası ilə hərbi döyüşləri zamanı indiyədək üç min 330 erməninin öldürüldüyünü bildirib.

SəhərAzəri  xəbər verir ki, Ermənistan Məhkəmə Ekspertizası Təşkilatı bu təşkilatın Qarabağ münaqişəsində öldürülmüş digər ermənilərin müəyyən edilməsi üzrə fəaliyyətlərinin davam etdyini qeyd edib.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi də ötən milad ili dekabrın 28-də bəyan etmişdi ki, Qarabağ münaqişəsində bu ölkənin iki min 823 hərbçisi həlak olub.

Rusiya prezidenti Vladimir Putin ötən milad ili oktyabr ayının ortalarında özünün illik mediya çıxış-müsahibəsində bildirmişdi ki, Qarabağ bölgəsində gedən müharibə zamanı ən azı dörd min nəfər həlak olub, on minlərlə insan da yaralanıbdır.

Azərbaycan Respublikası ilə Ermənistan arasında münaqişəli Qarabağ bölgəsindəki hərbi döyüşlər keçən milad ili sentyabrın 27-də başlandı və noyabrın 9-da Azərbaycan Respublikası və Rusiyanın prezidentləri, həmçinin Ermənistanın baş naziri arasında üçtərəfli bəyanatın imzalanması ilə başa çatdı.

Azərbaycan Respublikası bu 44 günlük müharibə zamanı 1992 və 1993-cü illərdə Ermənistan qüvvələri tərəfindən Qarabağda işğal edilmiş yeddi rayonu, eləcə də bir neçə strateji bölgəni azad etdi.

Teqlər