Ermənilər Azəbaycana veriləcək sərhəd ərazilərdəki evləri yandırmağa başlayıblar
https://azeri.sahartv.ir/news/qafqaz-i371623-ermənilər_azəbaycana_veriləcək_sərhəd_ərazilərdəki_evləri_yandırmağa_başlayıblar
Ermənistanın Syünik vilayətinin Şurnux kəndində 12 ev bu gün Azərbaycana təhvil verilməlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 05, 2021 10:38 Asia/Baku
  • Ermənilər Azəbaycana veriləcək sərhəd ərazilərdəki evləri yandırmağa başlayıblar

Ermənistanın Syünik vilayətinin Şurnux kəndində 12 ev bu gün Azərbaycana təhvil verilməlidir.

SəhərAzəri xəbər verir, Azərbaycanın ermənilərə verdiyi vaxt bu gün başa çatır.

“news.am” saytının yaydığı məlumata görə, artıq ermənilər Azərbaycana veriləcək ərazilərdəki evlərə od vururlar. 

Qeyd edək ki, ermənilərin çıxarıldığı 12 evin sahəsi Azərbaycanın Qubadlı rayonunun ərazisidir. Ermənilər 1993-cü ildə Qubadlını işğal etdikdən sonra həmin əraziləri Şurnuxun ərazisinə qatıblar.