Ermənistanda koronavirusa yoluxanların sayı 161 415-ə yüksəlib
https://azeri.sahartv.ir/news/qafqaz-i371771-ermənistanda_koronavirusa_yoluxanların_sayı_161_415_ə_yüksəlib
Ermənistanda daha 361 nəfərdə koronavirus aşkarlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 08, 2021 08:26 Asia/Baku
  • Ermənistanda koronavirusa yoluxanların sayı 161 415-ə yüksəlib

Ermənistanda daha 361 nəfərdə koronavirus aşkarlanıb.

SəhərAzəri yerli mətbuata istinadla xəbər verir, Ermənistanın Səhiyyə Nazirliyinin xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi bildirib ki, Ermənistanda daha 361 nəfərdə koronavirus aşkarlanıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 161 415 olub.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 2 908-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 696-ya yüksəlib. İndiyədək 147 961 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 9 850 aktiv koronavirus xəstəsi var.