Yan 13, 2021 20:47 Asia/Baku
  • Ermənistan prezidentinin vəziyyəti pisləşib

Ötən həftə İngilis tipli koronavirusa yoluxmuş Ermənistan prezidenti Armen Sarkisyan yüksək temperatur, ağciyər infeksiyası və tənəffüs problemləri səbəbindən xəstəxanaya yerləşdirilib.

SəhərAzəri xəbər verir, Ermənistan prezident administrasiyası bu xəbəri verərək, əlavə edib: Koronavirusun «ingilis ştammı»na yoluxaraq evdə müalicə alan Sarkisyan səhhətinin ağırlaşmasına, o cümlədən xəstəliyin bu növünün tipik simptomlarından olan yüksək temperatura və hər iki ağciyərdə infeksiyaya görə, xəstəxanaya yerləşdirilib.

Yeni il tətillərini ailəsi və nəvələrinin kənarında keçirmək üçün İngiltərə paytaxtına səfər etmiş Armen Sarkisyan yanvarın üçündə Londonda uğurlu ayaq cərrahiyəsi keçirib. Bununla belə, onda koronavirusun «ingilis ştammı» büruzə verib və analizlər onun yoluxdunu təsdiq edibdir.

Teqlər