Yan 19, 2021 11:20 Asia/Baku
  • Rusiya və Ermənistan xarici işlər nazirləri telefonla Qarabağ haqda danışıblar

Rusiyanın xarici işlər naziri erməni həmkarı ilə telefonla söhbət edib. Söhbət Dağlıq Qarabağ regionunda atəşkəs sazişi ilə bağlı olub.

SəhərAzəri xəbər verir, Rusiya və Ermənistanın xarici işlər nazirləri bu telefon danışığı zamanı bir sıra ikitərəfli və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb, məşvərət ediblər.

Sergey Lavrov və Ara Ayvazyan həmçinin Rusiya, Azərbaycan Respublikası və Ermənistan prezidentlərinin bəyanatının icra addımları, eləcə də 11 yanvar 2021-ci il tarixində Moskvada keçirilmiş sammitdə əldə olunmuş razılaşmalar barədə söhbət ediblər.

Üç gün əvvəl də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Lavrovla telefonla danışmışdı.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bildirmişdi ki, iki tərəf bu telefon söhbətində 2020-ci il doqquz noyabr Rusiya-Azərbaycan Respublikası-Ermənistan üçtərəfli bəyanatı, onun icrası və bu məsələ ilə bağlı son olaylar ətrafında fikir mübadiləsi aparıbdır.

Teqlər