Ermənistanda müxalifət parlament qarşısında etiraz aksiyası keçirir
Yan 22, 2021 19:11 Asia/Baku
İrəvanda Ermənistan parlamentinin qarşısında müxalifət nümayəndələri etiraz aksiya keçirir.
SəhərAzəri Trend-ə istinadən xəbər verir ki, müxalifətçilər Ermənistanın Ali Məhkəmə Şurasında nəzərdə tutulan təyinatlara qarşı etiraz edir.
Qeyd olunur ki, hakim "Mənim addımım" partiyası Şuraya iki nəfərin namizədliyini təqdim edib. Bununla əlaqədar parlamentin növbədənkənar iclası çağırılıb.
Müxalifət baş nazir Nikol Paşinyanın namizədlərin seçilməsinə qarşı çıxacağını bildirib. Parlament qarşısında 100-dək etirazçının toplandığı deyilir.