Ermənistanın Səhiyyə Nazirliyinin baş virusoloqu Polşaya qaçdı
https://azeri.sahartv.ir/news/qafqaz-i372354-ermənistanın_səhiyyə_nazirliyinin_baş_virusoloqu_polşaya_qaçdı
Ermənistan Səhiyyə Nazirliyinin Profilaktikası şöbəsinin rəhbəri Liana Torosyan ölkədən qaçıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 23, 2021 04:53 Asia/Baku
  • Ermənistanın Səhiyyə Nazirliyinin baş virusoloqu Polşaya qaçdı

Ermənistan Səhiyyə Nazirliyinin Profilaktikası şöbəsinin rəhbəri Liana Torosyan ölkədən qaçıb.

SəhərAzəri  Dəyərlər.org Ermənistan mətbuatına əsasən xəbər verir ki, ,Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzinin Yoluxucu Xəstəliklərin Profilaktikası şöbəsinin rəhbəri Liana Torosyan ölkədən qaçıb.

Məlumata görə, Torosyan əvvəlcə məzuniyyət haqqında ərizə yazaraq, Polşaya gedib və bildirib ki, daha qayıtmayacaq. Onun gedişi çoxları üçün gözlənilməz olub, amma mərkəzdəki mənbələr bildirib ki, koronavirusla bağlı bəzi məsələlərdə maliyyə vəsaitlərindən sui-istifadə halları aşkarlanıb. Torosyan buna görə belə addım atıb.

 

Qeyd edək ki, Ermənistanda yoluxucu xəstəliklər üzrə bütün məlumatları məhz Torosyan təqdim edirdi və COVID-19 və onun profilaktikası, yayılma vəziyyəti haqqında vətəndaşları məlumatlandırırdı.