Rusiya Azərbaycanla hava əlaqəsini bərpa edir
https://azeri.sahartv.ir/news/qafqaz-i372859-rusiya_azərbaycanla_hava_əlaqəsini_bərpa_edir
Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycan və Ermənistanla hava əlaqəsinin bərpasına dair sənəd imzalayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2021 13:41 Asia/Baku
  • Rusiya Azərbaycanla hava əlaqəsini bərpa edir

Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycan və Ermənistanla hava əlaqəsinin bərpasına dair sənəd imzalayıb.

SəhərAzəri 525-ci qəzetə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Nazirlər Kabinetinin mətbuat xidmətinin açıqlamasında deyilir.

"15 fevral 2021-ci il tarixindən etibarən qarşılıqlı olaraq Azərbaycan (Moskva – Bakı, həftədə iki uçuş) və Ermənistanla (Moskva – İrəvan, həftədə dörd uçuş) beynəlxalq uçuşların bərpa edilməsinə dair qərar verilib", - açıqlamada deyilir.

Bundan başqa, fevralın 8-dən etibarən Moskva-Bişkek marşrutu üzrə müntəzəm uçuşların sayı qarşılıqlı olaraq həftədə bir dəfədən üç dəfəyə artırılıb.