Fev 08, 2021 08:46 Asia/Baku
  • Arutyunyan

Qondarma Dağlıq Qarabağ Respublikasının başçısı “ordu” və Xarici İşlər Nazirliyinin ləğvi ilə bağlı xəbərləri təkzib edib.

SəhərAzəri xəbər verir ki, Erməni medialarının bildirdiyinə görə, Araik Arutyunyan bəzi dırnaqarası dövlət qurumlarının ləğvi ilə bağlı xəbərləri təkzib edib və bunları dezinformasiya adlandırıb. Həmçinin belə xəbərlərin ermənilər tərəfindən yayılmasından təəssüfləndiyini bildirib.

A.Arutyunyan bundan əlavə, 35 km-lik Qırmızı Bazar-Şuşa yolunun Azərbaycanın nəzarətinə veriləcəyi, həmçinin Xankəndi şəhərində Azərbaycan bayrağının dalğalması üçün “icazə”  verildiyi barədə ermənilər arasında yayılan xəbərləri də təkzib edib.

O deyib ki, bütün diqqəti dırnaqarası “artsax”ın qurulmasına, təhlükəsizliyin bərpa olunmasına, əsirlərin qaytarılması və itkinlərin tapılması prosesinə yönəltmək lazımdır.

Artıq bir neçə gündür ki, Qarabağdakı qondarma rejimin qanunsuz silahlı dəstələrinin- onların ifadəsi ilə desək- ordusunun buraxılacağı barədə xəbər yayılıb. Bunun ardınca separatçı rejimin “xarici işlər nazirliyi” və digər “qurumları”nın da ləğv ediləcəyi haqda iddialar erməni mediasında və teleqram kanallarında tirajlanıb.

Teqlər