Fev 13, 2021 09:15 Asia/Baku
  • Ermənistanda koronavirusa yoluxanların sayı artıbdır

Ermənistanda son sutkada daha 154 nəfərdə koronavirus infeksiyası aşkar edilib.

SəhərAzəri xəbər verir, Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzidən verilən məlumata görə, bu ölkədə koronavirusa 154 yeni yoluxma faktının qeydə alınması ilə ümumi yoluxma sayı 168 min 830 nəfərə yüksəlib. 

"ArmenNews"un məlumatına görə, həmçinin daha 3 nəfərin ölməsi ilə COVID-19-dan ümumi ölüm sayı 3 min 138 nəfərə çatıb.

Aktiv xəstə sayı 4 min 66 nəfərdir.

Teqlər