Fev 13, 2021 10:21 Asia/Baku
  • Ermənistan müxalifəti Paşinyanı azərbaycanla bazarlıqda ittiham edir

Ermənistan Milli Məclisinin müxalifət fraksiyaları hökumətdən internetdə yayılmış bir sənəd barəsində izahat tələb ediblər.

SəhərAzəri xəbər verir, sənəd guya Ermənistan və Azərbaycan arasında imzalanmış, amma bəyan edilməmiş memorandum kimi təqdim olunub.

Bununla əlaqədar deputat Taron Simonyan Milli Məclisdə fevralın 12-də keçirilən brifinqdə deyib ki, hakimiyyət belə bir memorandumun həqiqətdə olub-olmaması barədə izahat verməlidir.

Qeyd olunur ki, memorandum olduğu iddia olunan sənəd dekabr ayında tərtib edilib və Qarabağ və Ermənistanın Syunik vilayətinin ərazilərinə aiddir.

Taron Simonyan deyib:

“Əgər belə bir sənəd icra hakimiyyəti və ya onun hər hansı nümayəndəsi tərəfindən imzalanıbsa, bu təkcə antidövlət, antimilli sənəd deyil, həm də qanunun posulması ilə imzalanmış sənəddir və heç bir hüquqi gücü ola bilməz”.

O izah edib ki, belə sənədlərin hüquqi qüvvəyə malik olması üçün onların əvvəlcə Konstitusiya Məhkəməsinə, daha sonra Milli Məclisə təqdim edilməsi tələb olunur.

Millət vəkili bildirib ki, belə sənədlər yalnız ratifikasiya olunduqdan sonra tətbiq edilə bilər.

Deputatlar bildiriblər ki, Azərbaycan və Ermənistan arasında imzalanmış memorandum Gorus-Qafan magistral yoluna aiddir.

Ermənistan baş nazirinin müavini Tiqran Avinyan fevralın 10-da demişdi ki, ölkələr arasında 9 noyabr və 11 yanvar üçtərəfli bəyanatından başqa daha bir razılaşma var və bu sənəd Gorus-Davidbek avtomobil yoluna aiddir.

Fevralın 12-də hakim “Mənim addımım” fraksiyasının nümayəndəsi Sisak Qabrielyan iddia olunan memorandumun mövcudluğunu təkzib edib.

Lakin “Vətənin xilası” hərəkatından baş nazirliyə namizəd Vazgen Manukyan iddia edib ki, üçtərəfli bəyanatdan başqa 6 maddədən ibarət gizli imzalanmış bir sənəd də var. Biz sərhədlərimizi itiririk.

Manukyan daha sonra deyib: Vətənimiz gözümüzün qarşısında bir adam tərəfindəm məhv edilir. Biz belə satqınlığı heç vaxt görməmişik.

Rəsmi Bakı hələki bu iddialarla bağlı heç bir açıqlama verməyib.

 

Teqlər