Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşü keçiriləcək
https://azeri.sahartv.ir/news/qafqaz-i373336-azərbaycan_türkiyə_və_gürcüstan_xİn_başçılarının_görüşü_keçiriləcək
Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani fevralın 19-da Azərbaycana səfər edəcək.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Fev 16, 2021 15:30 Asia/Baku
  • Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşü keçiriləcək

Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani fevralın 19-da Azərbaycana səfər edəcək.

SəhərAzəri 525-ci qəzetə istinadən xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna Gürcüstan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, D. Zalkaliani fevralın 19-da Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə Bakıya fevralın 18-i axşam saatlarında səfər edəcək. Türkiyəli nazirin rəsmi görüşləri fevralın 19-u həyata keçiriləcək və onun səfəri həmin gün başa çatacaq.