Putin və Paşinyan Qarabağın son durumu haqda məşvərət ediblər
https://azeri.sahartv.ir/news/qafqaz-i373407-putin_və_paşinyan_qarabağın_son_durumu_haqda_məşvərət_ediblər
Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi barədə məşvərət ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 18, 2021 05:56 Asia/Baku
  • Putin və Paşinyan Qarabağın son durumu haqda məşvərət ediblər

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi barədə məşvərət ediblər.

SəhərAzəri xəbər verir, Kreml bir bəyanatda bildirib ki, Putin və Paşinyan noyabrın onunda Dağlıq Qarabağdakı savaşı dayandıran Moskva razılaşmasının icra cəhətlərini araşdırıblar.

Bu telefon söhbətində Putin və Paşinyan yerdə qalan bütün məhbusların dərhal azad edilmələrinin vacibliyi haqda razılığa gəliblər.

Ermənistan iddia edir ki, bu ölkənin azı yüz hərbçisi və mülkisi Azərbaycan Respublikasının əsirliyindədir.

Kremlin bəyanatında deyilir ki, Putin və Paşinyan həmçinin Rusiya və Ermənistanın həmkarlığı sahəsindəki bəzi məsələləri də nəzərdən keçiriblər.