Gürcüstan hökuməti istefa verib
Gürcüstan hökuməti tam tərkibdə istefa verib.
SəhərAzəri xəbər verir, buna səbəb Baş nazir Giorgi Qaxariyanın istefası ilə səlahiyyətlərinin dayandırılmasıdır.
Hökumət üzvləri yeni baş nazirin təyinatına qədər vəzifələrini icra edəcəklər.
Ölkə parlamenti iki həftə ərzində yeni hökumət və onun təqdim etdiyi nazirlər kabinetinə etimad göstərməlidir. Hökumətə etimad üçün parlament çoxluğunun dəstəyi tələb olunur.
Qeyd edək ki, Giorgi Qaxariya istefası ilə əlaqədar jurnalistlərə verdiyi açıqlamada, onu müxalif “Vahid Milli Hərəkat” partiyasının sədri Nika Meliyanın həbsi ilə əlaqələndirib.
G. Qaxaria qeyd edib ki, Nika Meliyanın həbsi məsələsində komandası ilə razılığa gələ bilməyib və istefa vermək barədə qərar qəbul edib:
“Mən öz vəzifəmdən istefa vermək barədə qərar qəbul etmişəm. Əlbəttə, inanıram ki, bu addım ölkəmizdə siyasi sahədə qütbləşməni azaldacaq. Əminəm ki, qütbləşmə və aramızdakı qarşıdurma ölkəmizin gələcəyi, iqtisadi inkişafı və hər növ böhranla mübarizə istiqamətində ən böyük riskdir”.