Fev 20, 2021 20:17 Asia/Baku
  • Ermənistanda Paşinyanın istefası tələbi ilə mitinq keçirilib

İrəvandə Baş nazir Nikol Paşinyan və onun komandasının istefası tələbi ilə keçirilən mitinq hökumət binasının qarşısında başa çatıb.

SəhərAzəri xəbər verir, bu barədə TASS məlumat yayıb. 

Mitinq Ermənistanın “Vətənin Xilası Naminə Hərəkatı”nın təşkilatçılığı ilə baş tutub.

Ermənistan hökumətinin müxalifləri baş nazir Paşinyanı bu ölkənin Qarabağ savaşındakı məğlubiyyətinin başlıca amili hesab edirlər.

“Daşnaktsütyun” partiyasının idarə heyətinin təmsilçisi İşxan Saqatelyan bildirib ki, bazar ertəsi bütün ölkə boyu itaətsizlik aksiyalarına başlamağı planlaşdırırlar. 

Teqlər