Qırğızıstan Prezidenti ilk xarici səfərini Rusiyaya edib
https://azeri.sahartv.ir/news/qafqaz-i373657-qırğızıstan_prezidenti_ilk_xarici_səfərini_rusiyaya_edib
Qırğızıstan Prezidenti Sadır Japarov Moskvaya səfər edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 24, 2021 10:57 Asia/Baku
  • Qırğızıstan Prezidenti ilk xarici səfərini Rusiyaya edib

Qırğızıstan Prezidenti Sadır Japarov Moskvaya səfər edib.

SəhərAzəri 525-ci qəzetə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. 

Səfər çərçivəsində Qırğızıstan Prezidenti rusiyalı həmkarı Vladimir Putin, Baş nazir Mixail Mişustin, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşəcək.

 

Bildirilib ki, görüşlərdə iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi imkanları müzakirə olunacaq.

Qeyd edək ki, bu, S. Japarovun Qırğızıstan Prezidenti kimi xarici ölkəyə ilk səfəridir.