"Noyabrın 13-dən bəri 1374 hərbçinin meyiti Ermənistana təhvil verilib"
https://azeri.sahartv.ir/news/qafqaz-i373754-noyabrın_13_dən_bəri_1374_hərbçinin_meyiti_ermənistana_təhvil_verilib
Ermənistan tərəfinə noyabrın 13-dən bu günə kimi 1374 hərbçinin meyiti təhvil verilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 26, 2021 19:01 Asia/Baku

Ermənistan tərəfinə noyabrın 13-dən bu günə kimi 1374 hərbçinin meyiti təhvil verilib.

SaharAzeri 525.az-a istinadən xəbər verir: Bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə meyitlərin axtarışının dayandırılması ilə bağlı sualı şərh edərkən bildirib.

Onun sözlərinə görə, vəziyyəti sülhməramlılar daha yaxşı bilir və işlərin dayandırılması ilə bağlı onlara müraciət etmək daha yaxşı olar.

“Əldə olan məlumatlara görə, 2020-ci ilin 13 noyabrından bu günə kimi 1684 hərbçinin meyiti təhvil verilib. Onlardan 1374-ü Ermənistana, 310-u isə Azərbaycana təhvil verilib”.