Baş prokuror: Arayik Aarutyunyan məsuliyyətə cəlb olunacaq
Azərbaycanın baş prokuroru bəyan edib ki, qondarma Dağlıq Qarabağ Respublikasının başçısı nə vaxtsa məsuliyyətə cəlb olunacaq.
SəhərAzəri xəbər verir ki, Jurnalistlərə açıqlamasında Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib:"Özünü qondarma respublikanın rəhbəri elan etmiş şəxs və onunla birgə olan digər şəxslərə qarşı cinayət məcəlləsinin müvafiq maddələri ilə ittihamlar irəli sürülüb".
O bildirib ki, həmin ittihamlar sübutlarla təsdiq olunub və gec-tez həmin şəxslərin məsuliyyətə cəlb ediləcəklər.
Baş prokuror onu da qeyd edib ki, əvvəllər qanunsuz fəaliyyət göstərən qondarma "Dağlıq Qarabağ Respublikasının rəhbərləri" tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərə görə ümumilikdə 304 nəfər axtarışa verilib.
Axtarışda olanlardan 40 nəfəri Xocalı soqırımının iştirakçılarıdır.