Fev 27, 2021 08:38 Asia/Baku
  • Zaxarova rusiyalı sülhməramlıların Qarabağdakı əsas vəzifəsini açıqlayıb

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bu ölkə sülhməramlıların Qarabağdakı əsas vəzifəsini açıqlayıb

SəhərAzəri xəbər verir ki, Mariya Zaxarova bildirib ki, Rusiya sülhməramlı missiyasının Qarabağda birinci vəzifəsi bölgədə davamlı sülhün təmin olunması və normal həyatın bərpa olunmasıdır.

"Ən əsası davamlı sülh, insanların qayıtması və normal həyatın qurulmasıdır. Bura hələ ki, çoxsaylı olan məsələlərin həllinə mərhələli keçid də daxildir", – deyən Zaxarova əlavə edib ki, rusiyalı sülhməramlılar məhz bu vəzifəni yerinə yetirirlər.

Zaxarova həmçinin qeyd edib ki, əraziyə hər bir buraxılış halını sülhməramlılar bütün münaqişə tərəfləri ilə birlikdə araşdırırlar.

"Əlbəttə, biz hamımız jurnalistlərin dünyanın bütün nöqtələrində işləyə bilməsinin, həm də turistlərin getməsinin tərəfdarıyıq. Lakin bəzi reallıqlar və hamımızın həllinə diqqətimizi cəlb etməli olduğumuz real məqsəd var", - deyə Rusiya XİN nümayəndəsi yekunlaşdırıb.