Fev 27, 2021 16:19 Asia/Baku
  • Sarkisyan Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi ilə görüşüb

Ermənistan prezident administrasiyası bu ölkənin prezidenti Armen Sarkisyanın Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi ilə görüşündən xəbər verib.

SəhərAzəri xəbər verir ki, Ermənistan prezidentinin mətbuat xidməti bildirib ki, Armen Sarkisyan cümə günü bu ölkənin silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyanla görüşüb və onunla Ermənistanın daxili durumu barədə danışıb. Müzakirənin detalları açıqlanmayıb.

Bu məlumata görə, Ermənistan prezidenti "Vətənin qurtuluşu uğrunda hərəkət" adlı müxalifət hərəkatının nümayəndələri ilə də görüşüb.

Bu hərəkat cümə axşamı günü İrəvan şəhərinin mərkəzində, Ermənistan parlamenti binasının qarşısında çadırlar qurub, bir kampaniya təşkil edərək, bu prospektdə gediş-gəlişi dayandırıb. Bildirib ki, Nikol Paşinyanın baş nazir vəzifəsindən kənarlaşdırılmasınadək öz etiraz hərəkətini davam etdirəcək.

Ermənistan prezident administrasiyası həmçinin cümə günü müxaliflərin, güya Sarkisyanın, Nikol Paşinyanın Qasparyanın kənarlaşdırılması üzrə şikayət ərizəsinə etiraz edərək, onu hökumətə qaytarması barədəki sözlərini təkzib edib. Müxaliflər bundan öncə demişdilər ki, prezident bu şikayət ərizəsini hökumətə geri qaytarıb, həmçinin Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin kənarlaşdırılması barədəki məşvərətləri davam etdirir.

Armen Sarkisyan bundan öncə Ermənistandakı bütün orqanlardan və siyasi qüvvələrdən istəmişdi ki, əsas qanun çərçivəsində hərəkət etsinlər.

Ermənistan bu ölkə ilə Azərbaycan Respublikası arasında atəşkəsin bərqərar edilməsindən bəri siyasi çəkişmələrin şahididir.

Teqlər