Paşinyanın müxalifləri Ermənistan parlamentinin qarşısında piket keçirirlər
Müxaliflər Ermənistan baş nazirinin istefasınadək bu ölkə parlamentinin qarşısında piket keçirməyi davam etdirmək əzmlərindən xəbər veriblər.
SəhərAzəri xəbər verir ki, Başda «Milli Qurtuluş Cəbhəsi» adlı koalisiya olmaqla Ermənistan hökumətinin müxalifləri dünən gecədən etibarən, bu ölkə parlamentinin qarşısında çadır quraraq, bir tələb-lə/ piket keçirirlər.
m.k- Biz Paşinyanın kənarlaşdırılmasını tələb edirik.
Bu tələb Qarabağ savaşının bitməsindən bu günədək müxaliflər tərəfindən irəli sürülür.
m.k- Paşinyan Ermənistanın Azərbaycan Respublikası ilə Qarabağ müharibəsində məğlub olmasının səbəbkarıdır. Biz baş nazirin istefasınadək burada öz piketimizi davam etdirəcəyik.
Meydanın o tayında isə Paşinyanın tərəfdarları dayanıblar. Onlar seçdikləri baş naziri himayə etməkdə davam edirlər.
Ermənistanın siyasi vəziyyəti neçə gündür ki, qısa fasilədən sonra yenidən gərginləşib. Bu əsasda bu ölkənin baş naziri dünən öz tərəfdarlarının toplantısında siyasi böhrandan çıxış məqsədilə həll yolunun tapılması üçün bütün qrupları birliyə, həmrəyliyə və konstruktiv dialoqa çağırıb.
Ortaya çıxan sual budur ki, görən, hökumət müxalifləri, baş nazir Paşinyanın, Ermənistandakı hazırkı siyasi böhrandan çıxmaq məqsədilə bütün qruplarla danışıqların başlanmasına dair təklifini qəbul edəcəklər, yoxsa yox?
Belə görünür ki, bu sualın cavabı bu ölkənin gələcək siyasi olaylarının gedişatını müəyyən edəcək.