Paşinyanın müxalfləri İrəvanda aksiya keçiriblər
Ermənistan hökumətinin müxalifləri etiraz aksiyası keçirərək, bir daha bu ölkənin baş nazirinin kənarlaşdırılmasını istəyiblər.
SəhərAzəri xəbər verir ki, Milli Qurtuluş Cəbhəsi koalisiyasının başçılıq etdiyi Ermənistan hökumətinin müxalifləri, hökumətin bu ölkədəki böhrandan çıxmaq məqsədilə müxalif siyasi qruplarla dialoq üzrə təklifini rədd edərək, Ermənistanın baş naziri Nikol Paşinyanın kənarlaşdırılmasını istəyiblər.
Paşinyan son zamanlar öz havadarlarının toplantısında müxalif siyasi qruplarla dialoq təklifini irəli sürmüşdü.
Müxaliflər Ermənistanın Qarabağ savaşındakı məğlubiyyətində, beş min erməni əsgərinin öldürülməsi, həmçinin minlərlə nəfərin yaralanması və əlil olmasında, bu ölkənin baş nazirinin məsuliyyət daşıdığını bildirirlər.