Mart 01, 2021 08:16 Asia/Baku
  • Paşinyanın tərəfdarları prezidenti impiçmentlə hədələdilər

Ermənistanda hakimiyyət uğrunda mübarizə kəskinmləşir. Paşinyanın tərəfdarları prezidenti impiçmentlə hədələdilər.

SəhərAzəri xəbər verir ki, Bu məlumata əsasən, hakim "Mənim addımım" fraksiyasından olan deputat Vaaqn Ovakimyan Ermənistan prezidenti Armen Sarkisyana impiçment tətbiq olunacağını istisna etməyib.

O bu barədə öz Facebook səhifəsində yazıb ki, buna səbəb prezident Armen Sərkisyanın baş nazir Nikol Paşinyanın Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə qərar layihəsini imzalamaqdan imtina etməsidir.

Deputat dəqiqləşdirib ki, ölkə konstitusiyasının müəyyən etdiyi 139-cu fəsil çərçivəsində prezident ölkənin baş naziri Nikol Paşinyanın vəsatətini geri qaytara bilər. Amma indiki halda A.Sarkisyan öz səlahiyyətlərini özbaşına həyata keçirib və bu, ölkədə sabitliyin pozulmasına gətirə və dövlət təhlükəsizliyini təhlükə altında qoya bilər.

Erməni deputat qeyd edib ki, ən emosional təsəvvürə sahib olar insan belə bu prosesdə heç bir antikonstitusion element görə bilməz. Prezidentin səlahiyyətlərini özbaşına həyata keçirməsi dövlət təhlükəsizliyini təhlükə altına ala və vəziyyətin qeyri-sabitləşməsinə səbəb ola bilər. Konstitusiyanın 141-ci maddəsinin kobud şəkildə pozulmasını əsas götürərək prezidentin impiçment prosesinə başlamaq olar.

Teqlər