Ermənistanda 45 milyon dollarlıq heroin yükü aşkar edilib
https://azeri.sahartv.ir/news/qafqaz-i373981-ermənistanda_45_milyon_dollarlıq_heroin_yükü_aşkar_edilib
Ermənistanda 45 milyon dollarlıq heroin yükü aşkar edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 04, 2021 06:33 Asia/Baku
  • Ermənistanda 45 milyon dollarlıq heroin yükü aşkar edilib

Ermənistanda 45 milyon dollarlıq heroin yükü aşkar edilib.

SəhərAzəri xəbər verir, Ermənistan milli gəlirlər komitəsinin qaçaqmalçılıqla mübarizə idarəsi məmurlarının səyləri nəticəsində bu ölkənin gömrük anbarında 33 qutu heroin aşkar edilib.

«Droj» adı altında Ermənistandan Avropaya ixrac edilməli olan bu qutularda, dəyəri 45 milyon dollar məbləğində hesablanan 365 kiloqram heroin olubdur.

2014-cü ildən bəri Qafqaz bölgəsində bu miqdarda heroinin aşkar olunması görünməmiş bir hadisədir.

Bu qaçaqmalçı dəstənin üzvlərindən bir qrupu həbs olunub.