Ermənistan müxalifətinin lideri gəncləri iğtişaşlara çağırıb
https://azeri.sahartv.ir/news/qafqaz-i374076-ermənistan_müxalifətinin_lideri_gəncləri_iğtişaşlara_çağırıb
Ermənistan müxalifətinin baş nazir postuna vahid namizədi Vazgen Manukyan erməni gəncləri küçələrə çıxmağa çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 06, 2021 14:42 Asia/Baku
  • Ermənistan müxalifətinin lideri gəncləri iğtişaşlara çağırıb

Ermənistan müxalifətinin baş nazir postuna vahid namizədi Vazgen Manukyan erməni gəncləri küçələrə çıxmağa çağırıb.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki,o, gənclərin baş nazir Nikol Paşinyana qarşı kifayət qədər aqressiv olmasından narazılığını bildirib.

“Biz çox dözümlü xalqıq. İspaniyada musiqiçinin həbsinə görə 100 min nəfər gənc küçələrə axışaraq “Molotov kokteyli” ilə maşınları yandırdılar. Biz isə vətənimizin bir hissəsini itirmişik və heç nə, sakit aksiyalar gedir”, - o vurğulayıb.