Ermənistan prezidenti tibbi müayinədən sonra işinə qayıdıb
https://azeri.sahartv.ir/news/qafqaz-i374316-ermənistan_prezidenti_tibbi_müayinədən_sonra_işinə_qayıdıb
Ermənistan prezidenti Armen Sarkisyan tibbi müayinədən sonra öz işinin başına keçib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 12, 2021 18:07 Asia/Baku
  • Ermənistan prezidenti tibbi müayinədən sonra işinə qayıdıb

Ermənistan prezidenti Armen Sarkisyan tibbi müayinədən sonra öz işinin başına keçib.

SəhərAzəri xəbər verir ki, bu barədə prezidentin ofisindən bildirilib. Onun COVID-19 əlamətləri səbəbindən xəstəxanaya yerləşdirildiyi deyilirdi.

“Interfax” xəbər agentliyi isə yerli mətbuata istinadən prezidentin ürək problemlərinin olması barədə xəbər vermişdi.

“Ermənistan prezidenti Armen Sarkisyan bu gün tibb mərkəzində müayinədən keçib. Prezident artıq testdən keçib və adi işinə qayıdıb”, - məlumatda belə deyilir.