Ermənistan müxalifəti bu gün Paşinyanın qarşısını kəsməyə çalışacaq
Ermənistanın müxalifətinin cəmləşdiyi “Vətənin qurtuluşu üzrə hərəkat”ın fəalları bu gün yerli vaxtla saat 12:00-da Xarici İşlər Nazirliyinin binası qarşısında toplaşacaq.
SəhərAzəri Dəyərlər.org-yə istinadənxər verir ki, Qeyd edilir ki, müxalifət Xarici İşlər Nazirliyinə gələcək baş nazir Nikol Paşinyanın qarşısını kəsməyə çalışacaq.
"Hörmətli həmvətənlər, Nikol Paşinyan martın 13-də saat 12:30-da hökumət binalarının kompleksinin ikinci korpusuna - Xarici İşlər Nazirliyinə baş çəkməyə qərar verdi. O, martın 2-də - Diplomat Günündə bu ənənəni pozdu, Xarici İşlər Nazirliyinə baş çəkmədi, ancaq bunu martın 13-də etməyə qərar verdi. Biz yenidən “Nikolsuz Ermənistan” tələbimizi səsləndirmək üçün Xarici İşlər Nazirliyinin binası qarşısında onu qarşılayacağıq. Saat 12:00-da Xarici İşlər Nazirliyinin (Vazgen Sarkisyan 3, Hökumət Evi 2) binası qarşısında toplaşırıq", - bəyanatda qeyd edilir.
Ermənistanda baş nazir Nikol Paşinyan əleyhinə aksiyalar artıq bir neçə aydır davam edir. Müxalifət hökumət başçısının istefasını tələb edir.