Ermənistan prezidenti: "Müxalifətin tələbləri görüşü mümkünsüz edir"
Ermənistanda müxalifətin bir hissəsinin tələbləri ölkə prezidenti Armen Sarkisyan və ölkənin baş naziri Nikol Paşinyanın iştirakı ilə görüş keçirilməsini mümkünsüz edir.
SəhərAzəri APA-ya istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.
“Diqqətə çatdırılır ki, “Mənim addımım” və “Parlaq Ermənistan” fraksiyaları prezident iqamətgahında keçiriləcək görüşə dəvətnaməni qəbul etdiyi halda, “Çiçəklənən Ermənistan” və “Vətənin xilası Hərəkatı” fraksiyaları öz tələblərini irəli sürdülər və bu görüş üzrə gündəlik hazırda mümkünsüz hala gəlir”, - deyə məlumatda bildirilir.
Mətbuat xidməti qeyd edir, Sarkisyan hələ də ölkədəki siyasi prosesin əvvəldən dəvət olunmuş iştirakçıları kimi, Milli Məclisin (parlament) fraksiya üzvü olmayan deputatları, müxtəlif parlamentdənkənar siyasi qüvvələrin nümayəndələri ilə də ayrıca görüşlərə hazırdır: “Bu görüşlər hər kəsin fikirlərini bir daha eşitmək, mövqeləri dəqiqləşdirmək və bunların əsasında işçi gündəliyi formalaşdırmaq üçün fürsət yaradacaq.
Respublika prezidenti fikir ayrılıqlarını həll etməyin yeganə yolunun danışıqlar və dialoq olduğuna əminliyini təsdiqləyir”.