Ermənistanda müharibə ilə bağlı 180 hərbçi saxlanılıb, 500 nəfər məsuliyyətə cəlb edilib
https://azeri.sahartv.ir/news/qafqaz-i374383-ermənistanda_müharibə_ilə_bağlı_180_hərbçi_saxlanılıb_500_nəfər_məsuliyyətə_cəlb_edilib
Ermənistanın "Joxovurd" qəzeti ikinci Qarabağ müharibəsi ilə əlaqədar təxminən 1 500 cinayət işinin qaldırılması barədə yazı dərc edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 14, 2021 06:09 Asia/Baku
  • Ermənistanda müharibə ilə bağlı 180 hərbçi saxlanılıb, 500 nəfər məsuliyyətə cəlb edilib

Ermənistanın "Joxovurd" qəzeti ikinci Qarabağ müharibəsi ilə əlaqədar təxminən 1 500 cinayət işinin qaldırılması barədə yazı dərc edib.

SəhərAzəri Report-a istinadən xəbər verir ki, hazırda bu cinayət işləri ilə bağlı Ermənistanın İstintaq Komitəsinin Baş İstintaq İdarəsində təhqiqatlar aparılır.

Məlumata görə, cinayət işlərində 12 min 500-dən çox insanın adı keçir.

"Bundan başqa, cinayət işləri üzrə təxminən 180 hərbi qulluqçu saxlanılıb, 500-dən çox insan məsuliyyətə cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilənlərdən 12-si komandirdir. Onlar arasında yüksək vəzifəli 2 zabit də var”, - qəzet qeyd edib.

"Joxovurd" qəzeti ikinci Qarabağ müharibəsində 3 min 300-dən çox hərbçinin həlak olduğunu, 9 mindən çox insanın yaralandığını vurğulayıb.