Gürcüstan və Ermənistanda koronavirusla bağlı son vəziyyət
Gürcüstanda koronavirusa yoluxanların sayı sutka ərzində 268 nəfər artaraq, 274 989-a çatıb.
SəhərAzəri-nin “Qafqazinfo” dan nəql etdiyi xəbərə görə, bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib.
Xəstəlik səbəbindən həyatını itirənlərin sayı 5 nəfər artaraq 3 648-ə çatıb. İndiyədək 268 237 pasiyent müalicə olunaraq sağalıb. Ölkədə 3 104 aktiv koronavirus xəstəsi var.
Ermənistanda koronavirusa yoluxanların sayı sutka ərzində 486 nəfər artaraq, 178 385-ə çatıb.
Bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.
Xəstəlik səbəbindən həyatını itirənlərin sayı 2 nəfər artaraq, 3 255-ə çatıb. İndiyədək 166 180 pasiyent müalicə olunaraq sağalıb. Ölkədə 8 950 aktiv koronavirus xəstəsi var.