Gürcüstan və Ermənistanda koronavirusla bağlı son vəziyyət
https://azeri.sahartv.ir/news/qafqaz-i374410-gürcüstan_və_ermənistanda_koronavirusla_bağlı_son_vəziyyət
Gürcüstanda koronavirusa yoluxanların sayı sutka ərzində 268 nəfər artaraq, 274 989-a çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 14, 2021 20:49 Asia/Baku
  • Gürcüstan və Ermənistanda koronavirusla bağlı son vəziyyət

Gürcüstanda koronavirusa yoluxanların sayı sutka ərzində 268 nəfər artaraq, 274 989-a çatıb.

SəhərAzəri-nin  “Qafqazinfo” dan nəql etdiyi xəbərə görə, bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib.

 Xəstəlik səbəbindən həyatını itirənlərin sayı 5 nəfər artaraq 3 648-ə çatıb. İndiyədək 268 237 pasiyent müalicə olunaraq sağalıb. Ölkədə 3 104 aktiv koronavirus xəstəsi var.

 Ermənistanda koronavirusa yoluxanların sayı sutka ərzində 486 nəfər artaraq, 178 385-ə çatıb.

 Bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.

 Xəstəlik səbəbindən həyatını itirənlərin sayı 2 nəfər artaraq, 3 255-ə çatıb. İndiyədək 166 180 pasiyent müalicə olunaraq sağalıb. Ölkədə 8 950 aktiv koronavirus xəstəsi var.