Ermənistan müxalifəti hərbi vəziyyət rejiminin ləğvini tələb edir
https://azeri.sahartv.ir/news/qafqaz-i374459-ermənistan_müxalifəti_hərbi_vəziyyət_rejiminin_ləğvini_tələb_edir
Ermənistan müxalifəti hərbi vəziyyət rejiminin ləğvini tələb edir
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 15, 2021 11:47 Asia/Baku
  • Ermənistan müxalifəti hərbi vəziyyət rejiminin ləğvini tələb edir

Ermənistan müxalifəti hərbi vəziyyət rejiminin ləğvini tələb edir

SəhərAzəri xəbər verir ki, Ermənistan parlamentindəki “İşıqlı Ermənistan” və “Çiçəklənən Ermənistan” müxalifət fraksiyaları hərbi vəziyyət rejiminin ləğv edilməsi ilə bağlı qanun layihəsi hazırlayıb.

 “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, layihə qanunverici orqanın Müdafiə və təhlükəsizlik komissiyasına təqdim olunub.

 “2020-ci il sentyabrın 27-də elan olunan hərbi vəziyyət rejiminin ləğvini təklif edirik”, - “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputat Arman Abovyan bildirib.

 Onun sözlərinə görə, Ermənistandakı de-yure hərbi vəziyyət rejimi ölkədəki şəraitiə uyğun deyil və siyasi proseslərə mane olur.SəhərAzəri