Ermənistan müxalifəti hərbi vəziyyət rejiminin ləğvini tələb edir
Mart 15, 2021 15:17 Asia/Baku
Ermənistan müxalifəti hərbi vəziyyət rejiminin ləğvini tələb edir
SəhərAzəri xəbər verir ki, Ermənistan parlamentindəki “İşıqlı Ermənistan” və “Çiçəklənən Ermənistan” müxalifət fraksiyaları hərbi vəziyyət rejiminin ləğv edilməsi ilə bağlı qanun layihəsi hazırlayıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, layihə qanunverici orqanın Müdafiə və təhlükəsizlik komissiyasına təqdim olunub.
“2020-ci il sentyabrın 27-də elan olunan hərbi vəziyyət rejiminin ləğvini təklif edirik”, - “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputat Arman Abovyan bildirib.
Onun sözlərinə görə, Ermənistandakı de-yure hərbi vəziyyət rejimi ölkədəki şəraitiə uyğun deyil və siyasi proseslərə mane olur.SəhərAzəri