N.Paşinyan martın 23-dək istefa verəcək- KİV
https://azeri.sahartv.ir/news/qafqaz-i374486-n.paşinyan_martın_23_dək_istefa_verəcək_kİv
Ermənistanın hakim komandası növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı son günlər ciddi addımlar atmağa hazırlaşır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 16, 2021 08:34 Asia/Baku
  • N.Paşinyan martın 23-dək istefa verəcək- KİV

Ermənistanın hakim komandası növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı son günlər ciddi addımlar atmağa hazırlaşır.

SəhərAzəri xəbər verir ki, bunu Ermənistanın “Past” qəzeti yazıb.

 Bildirilib ki, son iki gündə Ermənistanın baş naziri Nikol Paşinyan hakim Vətəndaş Razılaşması Partiyasının rəhbərliyi, tanınmış siyasi və ictimai xadimlər, vilayət başçıları, Yerevan rayonlarının rəhbərləri ilə görüşlər keçirib.

 Məlumata görə, onları konkret olaraq N.Paşinyanın reytinqi maraqlandırır. Görüş iştirakçılarına istənilən hadisəyə, o cümlədən növbədənkənar seçkilərə hazır olmaq tapşırığı verilib.

 Qəzet öz mənbələrinə istinadən yazıb ki, N.Paşinyan martın 23-dək istefa verəcək: “Fövqəladə hal baş verməzsə, o bu gün, yaxud sabah istefa verməyə hazırlaşır”.