Mart 17, 2021 21:46 Asia/Baku
  • İqtidar Ter-Petrosyanın yadına onun özünün necə devrildiyini salır

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan baş nazir Nikol Paşinyana istefa verməyi və toxunulmazlıq qarantiyası ilə xaricə getməyi təklif edib.

SəhəraAzəri xəbər verir ki,Ter-Petrosyanın fikrincə bu, dövlətin, xalqın və Paşinyanın maraqlarından doğan yeganə çıxış yoludur.

Lakin Milli Məclisin müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Koçaryan mart;n 16-da “Erməni Milli Konqresi” liderinin təklifini yersiz saydığını bildirib:

“...Yəqin, birinci prezidentimiz o motivi nəzərdə tutur ki, özü də məlum qüvvələrin tələbi ilə istefaya gedib. Amma bugün Nikol Paşinyan cəmiyyətin qavramında ilkin mandata malikdir və bundan çıxış edərək hakimiyyət məsələsini erkən seçki yolu həll etməyi təklif edir. Mən görürəm ki, deyəsən birinci prezident də mahiyyət etibarilə 17 və ya 15 qüvvəyə və onların məqsədlərinə qoşulub”.

Levon Ter-Petrosyan martın 15-də habelə təklif etmişdi ki, Paşinyanın istefasından sonra baş nazirin vəzifəsini partiyasız baş nazir müavini icra etməlidir.

Keçmiş prezidentin fikrincə yalnız baş nazir müavininin neytrallığı ədalətli seçkinin keçirilməsinə imkan yaradar.

Levon Ter-Petrosyan məqaləsində bunu da yazırdı ki, erkən seçkilər hakim qüvvə tərəfindən təşkil edilərsə, ədalətli və azad olmayacaq.

Ter-Petrosyan iddia edir ki, bu halda seçki məntəqələri gərginlik ocağına çevriləcək.

Maraqlıdır ki, Ter-Petrosyanın prezidentliyi dövründə müdafiə nazirinin müavini olmuş Andranik Koçaryan onun bu ittihamını da cavabsız buraxmayıb.

O keçmiş prezidentə xatırladıb ki, əslində 1998-ci ildən bəri Ermənistanda ən ədalətli seçkini elə Nikol Paşinyanın iqtidarı keçirib.

Koçaryan əlavə edib ki, Ter-Petrosyanın mövqeyi indi Vazgen Manukyanın mövqeyi ilə üst-üstə düşür.