Paşinyan Ermənistanda növbədənkənar seçkilərin vaxtını açıqlayıb
https://azeri.sahartv.ir/news/qafqaz-i374596-paşinyan_ermənistanda_növbədənkənar_seçkilərin_vaxtını_açıqlayıb
Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 18, 2021 14:45 Asia/Baku
  • Paşinyan Ermənistanda növbədənkənar seçkilərin vaxtını açıqlayıb

Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

SəhərAzəri xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook"da bildirib.

Onun sözlərinə görə, növbədənkənar parlament seçkiləri iyunun 20-də keçiriləcək.

Baş nazir qeyd edib ki, o, müxalifət lideri Qaqik Tsarukyanla görüşüb. Görüşdə partiya liderləri ölkəni hazırkı siyasi böhrandan çıxarmağın ən yaxşı yolunun erkən seçkilərə getmək olduğu qənaətinə gəliblər. 

“Ermənistan prezidenti, “Mənim addımım” partiyası və “Çiçəklənən Ermənistan” partiyasının liderləri ilə müzakirələrimdən sonra yekun qərar budur ki, erkən parlament seçkiləri bu il iyunun 20-də keçiriləcək”, - deyə N. Paşinyan vurğulayıb.